Son dəqiqə

Cənubi Koreya Yoon Sok Yöl Prezident seçkiləri

Cənubi Koreya yeni prezidentini seçəcək

BAKI, TurkicWorld

Yoon Suk Yeolun vəzifəsindən uzaqlaşdırılmasından sonra Cənubi Koreya prezident seçkilərinə hazırlaşır.

TurkicWorld xəbər verir ki, Cənubi Koreyada keçmiş prezident Yoon Suk Yeolun vəzifəsindən kənarlaşdırılmasından sonra növbədənkənar prezident seçkiləri iyunun 3-də keçiriləcək.

Seçki tarixinin sabah baş nazir səlahiyyətlərini icra edən Han Duk-sunun rəhbərliyi ilə keçiriləcək kabinet iclasında rəsmi olaraq təsdiqlənəcəyi gözlənilir.

Məlumata görə, Cənubi Koreya Konstitusiyasına əsasən, impiçment qərarından sonra ən geci 60 gün ərzində ölkədə yeni prezident seçilməlidir. Təsdiqlənəcəyi təqdirdə, seçki prosesi mayın 11-də başa çatacaq namizəd qeydiyyatı ilə başlanacaq və mayın 12-dən rəsmi seçki kampaniyası dövrü başlayacaq.

Yeni prezident iyunun 3-də keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək və qısa müddət ərzində vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Yoon Suk Yeolun impiçmenti ölkə daxilində siyasi gərginliyi artırıb və qarşıdan gələn seçkilər həm siyasi sabitlik, həm də xalqın güvəninin bərpası baxımından həlledici rol oynayacaq.

Mövzuya görə xəbərlər