Son dəqiqə

Fransa Məhkəmə seçkilər siyasət Marin Le Pen Prezident seçkiləri Kassasiya Məhkəməsi

Marin Le Pen Fransa prezidentliyinə namizəd olacağını açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fransalı siyasətçi Marin Le Pen prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib. O bildirib ki, barəsində çıxarılmış hökmün icrası kassasiya şikayətinə baxılan müddətdə dayandırılacaq.

TurkicWorld xəbər verir ki, Marin Le Pen Fransanın ən yüksək məhkəmə instansiyası olan Kassasiya Məhkəməsinə müraciət etmək hüququna malik olduğunu bildirib. Onun sözlərinə görə, bu müraciət hökmün icrasını müvəqqəti dayandıracaq.

Le Pen qeyd edib ki, buna görə seçkiqabağı təşviqat kampaniyasını elektron nəzarət vasitəsi olmadan aparacaq. O, prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bir daha təsdiqləyib.

Fransalı siyasətçinin açıqlaması ölkədə növbəti prezident seçkiləri ərəfəsində siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Kassasiya Məhkəməsinin qərarı Le Penin siyasi gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzuya görə xəbərlər