Son dəqiqə

ABŞ Şimali Koreya Donald Tramp Cənubi Koreya KXDR

Cənubi Koreya ABŞ və KXDR arasında dialoqun bərpasını dəstəkləyir

BAKI,TurkicWorld

Cənubi Koreya hökuməti ABŞ Prezidenti Donald Trampın KXDR ilə dialoq qurmaq səylərini dəstəkləyir.

Bunu Cənubi Koreya Prezidenti Li Çje Men Seulda keçirilən mətbuat konfransında bildirib.

"Dünyada sülh və sabitliyin təmin edilməsi üçün əlaqələri qorumaq və əməkdaşlıq etmək lazımdır. Əlaqələri kəsib qarşıdurmaya getdikdə risklər artır. Lakin Şimali Koreya Cənubi Koreya ilə kommunikasiyadan imtina edir", – deyə Cənubi Koreya Prezidenti bildirib.

"Şimali Koreya ilə ABŞ arasında dialoqu bərpa etmək Cənubi və Şimali Koreya arasında dialoqu bərpa etməkdən daha asandır. Bundan əlavə, bu [ABŞ ilə KXDR arasında dialoq] Cənub və Şimal arasında dialoqu mümkün edir", – Li Çje Men hesab edir.

"ABŞ Prezidenti Donald Tramp ilə [KXDR Dövlət İşləri Komissiyasının sədri] Kim Çen In arasında görüşün baş tutub-tutmayacağını deyə bilmərəm. Lakin aydındır ki, Tramp dialoq istəyir və mən onun buna nail olmasını arzulayıram. Biz özümüz də ABŞ və Şimali Koreya arasında dialoqun mümkün olması üçün ilkin koordinasiya işləri aparırıq", – deyə Cənubi Koreya lideri əlavə edib.

Mövzuya görə xəbərlər