Bakı, TurkicWorld
Livan Hizbullah hərəkatı İsrailin Suriyaya qarşı artan hücumlarını sərt şəkildə tənqid edib və Suriya xalqına dəstəyini ifadə edib.
TurkicWorld xəbər verir ki, Bu, Hizbullahın keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra verdiyi ilk bəyanatdır.
Hərəkatın bəyanatında İsrailin Colan təpələrində daha çox ərazi ələ keçirmək cəhdləri və Suriya dövlətinin müdafiə qabiliyyətini zəiflətmək səyləri pislənilib.
Hizbullah həmçinin Suriya xalqının yanında olduqlarını vurğulayaraq, ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyini ifadə edib.