Son dəqiqə

ABŞ Rusiya Suriya Yaşar Gülər Suriya Demokratik Qüvvələri (SDQ)

Türkiyə müdafiə naziri Suriya ilə bağlı ultimatum verib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

2016-cı ildə Suriyada əməliyyatlarımızı həyata keçirərkən həm ABŞ, həm də Rusiya orada idi. Biz görülməli olan işi heç kimdən soruşmadan etdik və başa çatdırdıq. Qarşıdakı dövrdə də ehtiyac yaranarsa, lazım olanı yenə də heç kimdən icazə almadan edərik.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər ilin yekunlarına dair brifinqdə bildirib.

Suriyada qurulan yeni hökumətin və dövlət başçısının ölkədəki bütün qrupları əhatə etməyə yönəlmiş addımlarını izlədiklərini bildirən Gülər, Türkiyənin bu prosesdə prinsipial və qəti mövqeyindən geri çəkilməyəcəyini vurğulayıb.

Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatının Suriya ordusuna inteqrasiyası ilə bağlı müzakirələrə toxunan nazir Gülər, Türkiyənin bu məsələdəki “qırmızı xətt"lərini açıq şəkildə ifadə edib:

“Suriyalı rəhbərlərlə apardığımız görüşlərdə SDQ-nin inteqrasiyaya dair mövqeyini görürük. Biz hər cür inkişaf ssenarisinə qarşı planlarımızı hazırlamışıq. SDQ bir birlik şəklində inteqrasiyadan danışır, lakin bu, qəbuledilməzdir. Onlar mütləq şəkildə Suriya ordusuna fərdi qaydada inteqrasiya olunmalıdırlar. Bu mövzuda geri addım atmağımız müzakirə mövsuzu deyil”,-deyə nazir vurğulayıb.

Mövzuya görə xəbərlər