Türkiyə Rəcəb Tayyib Ərdoğan Livan Cozef Aun Rəcəb Tayyib Ərdoğan çıxışları Cozef Aun: İsrail atəşkəsi pozur və geri çəkilməlidir

Ərdoğan Livan Prezidenti ilə regional sabitlik və əməkdaşlığı müzakirə edib

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livan Prezidenti Cozef Aun ilə telefon danışığı aparıb. Görüş zamanı Türkiyə–Livan ikitərəfli münasibətləri və regional məsələlər müzakirə olunub.

TurkicWorld xəbər verir ki, danışıqda Prezident Ərdoğan Türkiyənin daim Livanın sabitliyini və suverenliyini dəstəklədiyini vurğulayıb. O bildirib ki, iki ölkə ticarət və investisiya sahələrində böyük potensiala malikdir.

Prezident qeyd edib ki, Türkiyə Livanın təhlükəsizliyinin dəstəklənməsinə yönəlmiş beynəlxalq mexanizmlərdə iştirak etməyə hər zaman hazırdır.

Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, Livandan Kipr türklərinin hüquq və mənafelərini qoruyan mövqe gözlədiklərini ifadə edib.

Görüş zamanı Prezident Ərdoğan Suriyada baş verən böyük dəyişikliklərin regionun sabitliyinə töhfə verməsi üçün Türkiyənin dəstəyini davam etdirəcəyini bildirib, İsrailin Livana qarşı aqressiv mövqeyini qətiyyətlə rədd etdiklərini vurğulayıb.

Mövzuya görə xəbərlər