Son dəqiqə

Sudan

Sudan ordusu Xartumdakı əsas hərbi bazaya nəzarəti ələ keçirib

Bakı. TurkicWorld:

Sudan ordusu paytaxt Xartumun cənubunda yerləşən ölkənin xüsusi təyinatlı qüvvələrinin əsas bazasına tam nəzarəti ələ keçirib.

TurkicWorld bu barədə Sudan mediasına istinadən xəbər verir.

“Xartumun cənubundakı Əl-Şəcər bölgəsində perimetr boyu bazanın təhlükəsizliyi təmin edilib, əlavə olaraq xüsusi təyinatlılar ətraf ərazilərdən çıxarılıb”, - ordunun bəyanatında deyilir.

Bildirilir ki, Sudan silahlı qüvvələri paytaxtdakı xüsusi təyinatlı qüvvələrin mövqelərinə hava zərbələri endirməkdə davam edir və artilleriya səsləri də eşidilir. Qonşu Omdurman şəhərində də şiddətli döyüşlər gedir.

Son həftələr iri hərbi texnikanın cəmləşdiyi Xartumdakı zirehli qüvvələrin bazası ətrafında şiddətli toqquşmalar olub. Ordu xüsusi təyinatlıları obyektdən sıxışdırıb çıxarmağa bir neçə dəfə nail olub, lakin onlar yaxınlıqdakı ərazilərdən yeni hücumlara başlayıblar.

Mövzuya görə xəbərlər