Son dəqiqə

Sudan

Sudan IGAD üzvlüyünü dayandırıb

Bakı. TurkicWorld:

Sudan Şərqi Afrikada İnkişaf üzrə Hökumətlərarası Qurumundakı (IGAD) üzvlüyünü dayandırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Sudan Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.

Açıqlamada, yanvarın 18-də Uqandanın paytaxtı Kampalada keçirilən IGAD-ın 42-ci Fövqəladə Dövlət və Hökumət Başçıları Sammitinin gündəliyinə Sudandakı vəziyyətin hökumətlə məsləhətləşmədən daxil edilməsinə və 2023-cü ilin aprel ayının ortalarından ordu ilə qarşıdurmada olan Çevik Dəstək Qüvvələri (RSF) komandirinin bu sammitə dəvət olunmasına reaksiyalar olub.

Bəyanatda İGAD ilə əməkdaşlığın dondurulduğu, RSF Komandirini sammitə dəvət edərək ölkənin suverenliyini pozmaqda ittiham edildiyi bildirilib.

Hökumət Sudanda baş verənlərin daxili məsələ olduğunu və suveren hüquqların pozula bilməyəcəyini vurğulayıb.

Məlumat üçün qeyd edək ki, IGAD yanvarın 18-də Efiopiya ilə Somali arasındakı böhranı və Sudandakı vətəndaş müharibəsini müzakirə etmək üçün fövqəladə toplantı keçirməyə qərar vermişdi.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər