Son dəqiqə

Türkiyə Sudan

Türkiyə Cənubi Sudana hərbi yardım göndərib

Bakı. TurkicWorld:

Cənubi Sudan rəsmilərinin tələbi çərçivəsində Türkiyə 2018-ci ildə razılaşma ilə başlayan Cənubi Sudan Sülh Prosesinə töhfə olaraq yeni yaradılan Birləşmiş Orduya 75 min hərbi forma və müvafiq material bağışlayıb.

TurkicWorld-un məlumatına görə, Cənubi Sudan Müdafiə Nazirliyində keçirilən mərasimdə Türkiyənin Kubadakı səfiri Erdem Mutaf Cənubi Sudan rəsmilərinə 75 min hərbi geyim forması və bununla bağlı material çatdırıb.

Mərasimdə çıxış edən Cənubi Sudan rəsmiləri Türkiyə Cümhuriyyətinin Birləşmiş Orduya göstərdiyi dəstəkdən məmnunluqlarını ifadə edərək, türk xalqına, Türkiyə hökumətinə və Milli Müdafiə Nazirliyinə minnətdarlıqlarını bildiriblər.

İki ölkənin müdafiə nazirlikləri arasında 2021-ci ildə başlayan proses çərçivəsində bağışlanan hərbi materialın ilk hissəsi 16 fevral 2023-cü ildə hava yolu ilə Kubaya, qalan material isə dəniz yolu ilə Keniyaya göndərilib. Mombasa Limanı, oradan isə Cənubi Sudan Müdafiə Nazirliyi tərəfindən quru yolu ilə Kubaya köçürülüb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər