Arda Güler

Arda Güler kimdir?

Bakı. TurkicWorld:

Arda Güler 25 fevral 2005-ci ildə Ankarada anadan olub. 2014-cü ildə doqquz yaşında ikən Gençlerbirliği idman klubuna qatılan Arda Güler burada istedadı ilə seçilib. Arda 2018-ci ilə qədər Başkent komandasında çıxış edən gənc 2019-cu ilin fevralında Fənərbaxça idman klubuna keçib.

Arda Gülerin boyu 176 sm-dir və 10 nömrəli forma ilə oynayır. Gənc futbolçu Türkiyə milli forması ilə dörd oyun keçirib və bir qol vurub.
Onun AVRO-2024-ün seçmə mərhələsində Uels yığmasına vurduğu qol Puşkaşa namizədlər arasında olub.
Gençlerbirliği komandasında futbola başlayan Arda Güler Fənərbaxça və A komandasında oynayıb.

Arda Gülər 2022-23 mövsümündə 35 matçda altı qol vurub və yeddi məhsuldar ötürmə edib.

Güler 20 milyon avroluq transfer haqqı və 10 milyon avro bonus qarşılığında İspaniyanın Real Madrid futbol klubuna transferi tamamlanıb.
İmzalanma mərasimindən əvvəl Arda Güler Real Madridin Sanitas La Moraleja Universitet Xəstəxanasında tibbi müayinədən keçib və altı il müddətinə Real Madridlə müqavilə imzalayıb.

Mövzuya görə xəbərlər