Son dəqiqə

Arda Güler Real Madrid klubu

Arda Güler Çempionlar Liqası finalında oynaya bilər

Bakı,TurkicWorld:

UEFA Çempionlar Liqasında Almaniyanın Borussiya Dortmund komandası ilə final matçına çıxacaq Real Madrid-in baş məşqçisi Karlo Ançelotti matçda vəziyyətdən asılı olaraq Arda Güleri oynada biləcəyini açıqlayıb

TurkicWorld xəbər verir ki, bu barədə Ançelotti mətbuata açıqlama verib.

“Arda istedadını və xüsusiyyətlərini son matçlarda göstərib. Arda əlimizdə olan variantlardan biridir”,- deyə Ançelotti vurğulayıb.

Qeyd edək ki, Ançelotti məşqçi kimi karyerasında altıncı dəfə Çempionlar Liqasının finalına yüksəlmiş və indiyə qədər dörd dəfə bu kuboku qazanmışdır.

Mövzuya görə xəbərlər