Bakı,VOA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın ev sahibliyi etdiyi 2024-cü il Avropa Çempionatının F qrupunun ilk oyununda Gürcüstanı 3:1 hesabı ilə məğlub edən Milli Futbol Komandasına zəng edərək təbrik edib.
VOA xəbər verir ki, Ərdoğan oyundan sonra Gənclər və İdman Naziri Osman Aşkın Bak, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi, Milli Futbol Komandasının baş məşqçisi Vinçenzo Montella, futbolçular Arda Güler və Kerem Aktürkoğlu ilə danışıb.
“Bu oyundan sonra Portuqaliya ilə çətin oyun var. Mertin vurduğu qol çempionatın ən vacib qolu sayıla bilər. Ardanın vurduğu qol isə sadəcə mükəmməl qol idi. Bütün oyunçuların gözlərdən öpürəm”,- deyə Ərdoğan Montellaya bildirib.
Montella isə öz növbəsində Ərdoğanı 22 iyun şənbə günü Portuqaliya ilə keçiriləcək oyuna dəvət edib.
“Bu, çempionatın ən yaxşı qollarından biri olacaq. Davamını gözləyirik”,- deyə o Arda Gülerə deyib.
Sonda Ərdoğan Kerem Aktürkoğluna bu sözləri söyləyib: “Qapıçının çıxışını əla dəyərləndirdin. Təbrik edirəm”.
Həmçinin Ərdoğan bu gün 50 yaşı tamam olan Vincenzo Montellanı təbrik edib.