Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Türkiyə polisi bir tondan çox narkotik maddə ələ keçirib

Bakı. TurkicWorld:

Türkiyə polisi bir tondan çox narkotik maddə ələ keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya öz sosial media hesabından açıqlama verib.

“İstanbul Polis İdarəsinin təşkil etdiyi iki ayrı "Narkoçelik-17" əməliyyatında 1 ton 23 kiloqram narkotik maddə ələ keçirilib. Əməliyyatlar zamanı altı narkotik istehsalçısı saxlanılıb.” – deyə Yerlikaya bildirib.

Keçirilən əməliyyat tədbirləri zamanı 1-i xarici ölkə vətəndaşı olmaqla 6 istehsalçı narkotik vasitə istehsal edərkən yaxalanıb.

“Kim bizim bu mübarizəmizin qarşısını almağa çalışırsa və öz qara planlarının qalib gəlməsini istəyirsə, biz onların hiylələrini alt-üst etməyə davam edəcəyik. Biz ölkəmizi zəhər satıcılarından təmizləməkdə qərarlıyıq.” – deyə nazir qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər