Son dəqiqə

Türkiyə İran Rəcəb Tayyib Ərdoğan

İran prezidentinin qəza keçirməsi bizi çox kədərləndirdi - Ərdoğan

Bakı. TurkicWorld:

İran prezidentinin və heyətinin qəza keçirməsi bizi çox kədərləndirdi.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Qonşumuz, dostumuz və qardaşımız olan İran xalqına və hökumətinə millətim adından ən xoş arzularımı çatdırır və ən qısa zamanda cənab Prezident və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm” – deyə o açıqlamasında bildirib.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik hava şəraiti, relyef çətinliyinə görə, axtarış əməliyyat qrupları hadisə yerinə çata bilməyiblər.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər