Son dəqiqə

Türkiyə

İlısu Anbarı Türkiyəyə 31 milyard lirə xeyir verib

Bakı. TurkicWorld:

İlısu Anbarı Türkiyəyə 31 milyard lirə xeyir verib.

TurkicWorld xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi açıqlama verib.

“19 may 2020-ci ildə elektrik enerjisi istehsalına başlayan Ilısu Prof. Dr. Veysel Eroğlu Anbarı və Su Elektrik Stansiyası (SES) son 4 ildə cəmi 9,7 milyard kilovat-saat elektrik enerjisi istehsal edərək ölkə iqtisadiyyatına 31 milyard lirə töhfə verib.” – deyə açıqlamada qeyd edilib.

Məlumat üçün qeyd edək ki, Fərat çayından sonra Türkiyədə ən böyük hidroelektrik potensialına malik olan və Dəclə çayı üzərində elektrik enerjisi istehsalı üçün tikilmiş İlısu Anbarı və SES quraşdırılmış gücə görə Atatürk Anbarı və SES-dir.

Ilısu bəndinin bünövrədən hündürlüyü 135 metr, doldurma həcmi 24 milyon kubmetr, zirvəsinin uzunluğu isə 2 min 327 metrdir.

Beton ön üzlü qaya dolgu bəndi tipində dolma həcmi, gövdə uzunluğu və beton səth sahəsi baxımından dünyada birinci yerdədir.

10,6 milyard kubmetr anbar tutumu ilə İlısu Anbarı Türkiyənin Atatürk və Keban bəndlərindən sonra 3-cü ən böyük anbar həcminə sahib bənddir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər