Son dəqiqə

Azərbaycan Türkiyə

TÜDİFAK-da 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunub

Bakı. TurkicWorld:

Türkiyədə ənənəvi olaraq qeyd olunan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibəti ilə TÜDİFAK Azərbaycan və Türkiyə Gəncləri Dostluq Cəmiyyəti ilə birgə gənclər festivalı təşkil edib.

TurkicWorld xəbər verir ki, festivalda səfirliyin müşavirləri, professor Səadət Qəndilova, dekanlar, akademiklər, Azərbaycan-Türkiyə Gənclər Dostluq Cəmiyyətinin bəzi üzvləri, qonaqlar və tələbələr iştirak ediblər.

Mərasimdə TÜDİFAK dekanı Prof. Mehmet Yüce 19 May Atatürkü Anma Gənclik və İdman Bayramının mənası və əhəmiyyəti haqqında məlumat verib.

Yüce çıxışına “Bu bayram türklərin heç vaxt qul olmayacağının simvoludur, vəziyyət nə olursa olsun” deyərək “gənclərin Türk Millətinin gələcəyinin təminatı olduğunu” vurğulayıb.

“Birinci Dünyada bir çox cəbhələrdə vuruşaraq böyük itkilər verən türklərin dirçəliş hərəkatını başlatmaq üçün millətə dönüb istiqlal savaşına başlayan Mustafa Kamal Atatürk və dostları Döyüş və Mondros Mütarekesi ilə ölümə məhkum edilənlər, Türk Millətinə olan inanclarında nə qədər haqlı olduqlarını bir daha göstərdi.” – deyə Yüce qeyd edib.

Prorektor Səadət Qəndilova, T.R. Mədəniyyət müşaviri Prof. Dr. Muhittin Macit və Azərbaycan-Türkiyə Gənclik Dostluq Cəmiyyətinin sədri Hakan Seyhan da çıxış ediblər.

Məlumat üçün qeyd edək ki, festival konsertlərlə davam edib.

Mərasimin sonunda tələbələrə Türk mətbəxindən yeməklər və şirniyyatlar təqdim olunub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər