Son dəqiqə

Azərbaycan Qarabağ Şərqi Zəngəzur AMB

Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər illik ifadədə artıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu ilin noyabr ayında Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuş əmanətlərin həcmi 105,910 milyon manat təşkil edib.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Qeyd olunub ki, bu göstərici bir ay əvvələ nisbətən 389 min manat və ya 0,4% az, 2024-cü ilin noyabr ayındakı göstərici ilə müqayisədə isə 16,3 milyon manat və ya 18,2% çoxdur.

Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,33%-ə bərabər olub.

Eyni zamanda, 2025-ci ilin noyabr ayında Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 808 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 173 min manat, yaxud 17,6% az, ötən ilin eyni dövrünə nisbətən isə 416 min manat və ya 2,1 dəfə çoxdur.

Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 4,55% təşkil edib.

Qeyd edək ki, bu ilin dekabrın 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 16,182 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 1,9 milyard manat və ya 13,7% çoxdur.

Mövzuya görə xəbərlər