Son dəqiqə

İran

İran prezidentini aparan helikopterdə iki nəfərlə bir neçə dəfə əlaqə saxlanılıb – İranın vitse-prezidenti

Bakı. TurkicWorld:

İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopterdə iki nəfərlə hadisədən sonra bir neçə dəfə əlaqə saxlanılıb.

TurkicWorld-un məlumatına görə, bunu İranın vitse-prezidenti Möhsün Mənsuri deyib.

Onun sözlərinə görə, onlardan biri helikopterin sərnişini, digəri isə helikopterin ekipaj qrupundan biri olub.
Mənsuri əlavə edib ki, göründüyü qədəri ilə hadisə o qədər də çətin hadisə olmayıb. Hazırda hadisənin baş verdiyi 2 kvadrat-kilometrliyində axtarış əməliyyatları aparılır.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik hava şəraiti, relyef çətinliyinə görə, axtarış əməliyyat qrupları hadisə yerinə çata bilməyiblər.

Mövzuya görə xəbərlər