Son dəqiqə

İran BRİCS Məsud Pezeşkian

İran prezidenti BRİCS-in zirvə toplantısında iştirak edəcək

Bakı, TurkicWorld

İran prezidenti Məsud Pezeşkian BRİCS-in zirvə toplantısında iştirak etmək üçün Rusiyanın Kazan şəhərinə səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.

Həmçinin, toplantı çərçivəsində onun Rusiya Prezidenti Vladimir Putin ilə də görüşü planlaşdırılıb.

"Bu səfərin iki tərəfli münasibətlərimiz üçün faydalı və uğurlu olması üçün, hazırda biz səfərin hazırlıq işləri ilə məşğuluq", - səfir bildirib.

O, həmçinin, digər liderlərlə, İran icması ilə ikitərəfli görüşlərin və toplantıda çıxışın planlaşdırıldığını qeyd edib.

Mövzuya görə xəbərlər