Son dəqiqə

İran Vladimir Putin

İran uzun müddətdir ki, Rusiyadan qaz tədarükü istəyir – Vladimir Putin

Bakı, TurkicWorld

İran uzun müddətdir ki, Rusiyadan qaz tədarükü istəyir, bu isə tamamilə həyata həyata keçirilə bilən layihədir.

TurkicWorld Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edərkən bildirib.

"İran uzun müddətdir bizdən qaz tədarükü istəyir. Bu, bizim üçün çox əlverişlidir, çünki yataqlar yaxınlıqda yerləşir. Bazarların böyüklüyü bu layihənin reallaşdırılmasını mümkün edir. İranla sərhəd ölkələrdə isə, həqiqətən, böyük tələbat var", - Putin qeyd edib.

Onun sözlərinə görə, "Gazprom" həm yeni bazarlar, həm də Rusiya iqtisadiyyatının artması səbəbindən daxili bazar hesabına qaz ixracının həcmini bərpa edəcək.

"Burada müxtəlif imkanlar mövcuddur. Müxtəlif bazarları araşdıracağıq, "swap" əməliyyatlarını həyata keçirəcəyik, mayeləşdirmə ilə məşğul olacağıq və s. Tədricən satış həcmini bərpa edəcəyik, burada heç bir şübhə yoxdur. Eyni zamanda, öz iqtisadiyyatımızı inkişaf etdirəcəyik. Uzaq Şərqdə bir çox bölgələrdə qaz istehsalı çatışmazlığı var.

Bizim "Gazprom"un Avropa hissəsi ilə Uzaq Şərq qaz nəqliyyat sistemini birləşdirmək, müvafiq şəkildə axınları təmin etmək kimi planlarımız var. Bütün bunlar planlarımızdadır, hamısı həyata keçiriləcək", - Putin əlavə edib.

Mövzuya görə xəbərlər