Son dəqiqə

İran Türkiyə Ticarət nazirliyi avqust statistikaları

Türkiyənin İrana tekstil məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin İrana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq, 206,9 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə İrana 23,9 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 24,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 6 milyon 216 min 164 dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 799 min 686 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 9 milyon 490 min 98 dollar məbləğində tekstil məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər