Bakı, TurkicWorld
İranın son onilliklərdə zəif nöqtəsində olması regionda inteqrasiyanı yaxşılaşdırmaq üçün böyük bir fürsətdir.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan danışıb.
O, Hizbullahı hədəf alan hücumlar və İran oxunun zəifləməsinin, Yaxın Şərqdə dostlarının güclənməsi və düşmənlərin zəifləməsi ilə daha sabit və inteqrasiya olunmuş bir region qurmaq üçün imkan yaratdığını vurğulayıb. Sullivan, belə bir inkişafın sürətini, miqyasını və əhatə dairəsini çox az adamın proqnozlaşdıra biləcəyini qeyd edib.
ABŞ dövlət katibi Entoni Blinken isə, İranı öz siyasətini davam etdirməməsi ilə bağlı xəbərdarlıq edib. O, xüsusilə Livan və Suriyada İranın müdafiəsini itirdiyini qeyd edərək, ölkəni daha yaxşı bir dövlət qurmaqla nəticələrini çəkmək arasında seçim etməyə çağırıb. Blinken, həmçinin İranın uran zənginləşdirməsindəki irəliləyişlərə toxunaraq, nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün hələ də həll yollarının mövcud olduğunu bildirib.