Bakı,TurkicWorld
Rəsmi Tehran qadınların ictimai yerlərdə məcburi hicab taxması ilə bağlı qanunun tətbiqi prosesini dayandırıb.
TurkicWorld xəbər verir ki, İranda hicab taxmaqdan imtina etmək artıq cərimə və həbslə cəzalandırılmır.
İran parlamentinin qaydaları sərtləşdirmək təşəbbüsü veto hüququndan istifadə edən ölkə prezidenti Məsud Pezeşkiyan tərəfindən dəstəklənməyib.
O, xəbərdarlıq edib ki, yeni qanun 2022-ci ildə olduğu kimi, 22 yaşlı qadının geyim qaydalarını pozduğuna görə saxlanılaraq öldürüldüyü kimi etirazlara səbəb ola bilər .