BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
İran və Azərbaycan arasında Astara gömrük sərhəd buraxılış məntəqəsi ilə yükdaşımaların artırılması koordinasiya edilib.
Bu barədə TurkicWorld-a İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu Azərbaycanın Astara gömrük sərhəd buraxılış məntəqəsi ilə yaxından tanış olub və gömrük xidmətinin rəsmiləri ilə görüşüb.
Görüşdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük maşınlarının keçidinin sadələşdirilməsi və sürətləndirilməsi haqda fikir mübadiləsi aparılıb. Həmçinin keçən yük maşınlarının sayının artırılması, ixrac məhsullarının gözləmə müddətinin azaldılması haqda razılaşma əldə olunub.
Qeyd edək ki, hər ilin sonunda Astara sərhəd-gömrük keçid məntəqəsi ilə yükdaşımalarda ciddi artım müşahidə olunur.







