Bakı, TurkicWorld
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
TurkicWorld xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Sizə olan ən yüksək ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq məsələlərdə mühüm rol oynayır, dünya arenasında haqlı olaraq yüksək nüfuza malikdir.
Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əlaqələrin möhkəmləndirilməsində və təkmilləşdirilməsində göstərdiyiniz hərtərəfli köməyə görə Sizə minnətdarlığımı bildirirəm.
Əminəm ki, qurulmuş konstruktiv dialoq bundan sonra da ikitərəfli əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, Sizin üçün bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan xalqının rifahı naminə bütün planlarınızın və təşəbbüslərinizin uğurla həyata keçməsini arzulayıram".