Sudandakı münaqişələr səbəbindən ümumilikdə iki minə yaxın Türkiyə vətəndaşı təxliyə edilib – Türkiyə XİN

Sudandakı münaqişələr səbəbindən ümumilikdə iki minə yaxın Türkiyə vətəndaşı təxliyə edilib – Türkiyə XİN

Bakı. TurkicWorld:

Sudandakı münaqişələr səbəbindən ümumilikdə 1 min 961 Türkiyə vətəndaşı təxliyə edilib.

TurkicWorld-un məlumatına görə, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi Twitter hesabında paylaşım edib.

“Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında baş verən qarşıdurmalara görə Türkiyə indiyədək 1 min 961-i Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 2 min 382 nəfərin təxliyəsini həyata keçirib.” – deyə açıqlamada qeyd edilib.

Məlumat üçün qeyd edək ki, təxliyyə edilənlərin 1 min 478-i Efiopiya, 48-i Misir, 59-u Səudiyyə Ərəbistanı, 715-i Port Sudan, 82-si isə Xartum Vadi Saidnadan təxliyə edilib.

Xatırladaq ki, 2023-cü ili15 aprel tarixində günorta saatlarından etibarən əsasən ölkə paytaxtı Xartum şəhərində Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında hərbi toqquşmalar baş verib.

Döyüşlər hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) əsas hökumət obyektlərinə hücumları ilə başlayıb.