Son dəqiqə

Sudan

Sudanda münaqişə tərəfləri atəşkəsə razılaşıblar

Bakı. TurkicWorld:

Sudanda silahlı münaqişə tərəfləri 7 gün müddətinə humanitar atəşkəsə razılaşıblar.

TurkicWorld-un məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı xəbər verib.

Sudan ordusu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində humanitar atəşkəs müqaviləsi imzalandığı bildirilib.

O, imzalandıqdan 48 saat sonra qüvvəyə minəcək.

Mövzuya görə xəbərlər