Son dəqiqə

Sudan

Cənubi Sudanda hərbi təyyarə qəzaya uğrayıb

Bakı, TurkicWorld:

Cənubi Sudan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər yaralanıb.

TurkicWorld xəbər verir ki, Cənubi Sudan ordusuna aid hərbi təyyarə ölkənin şimalındakı Yida bölgəsində naməlum səbəbdən qəzaya uğrayıb.

Qəzada hərbçilər də daxil olmaqla yeddi nəfərlik ekipajdan beşi yaralı olaraq xilas edilib, itki olub-olmaması ilə bağlı açıqlama verilməyib.

Mövzuya görə xəbərlər