Bakı, TurkicWorld:
Sudanın qərbində yerləşən Cənubi Darfur əyalətində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) iki sürücüsü silahlı şəxslər tərəfindən öldürülüb, üç nəfər isə yaralanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat verib.
Məlumata əsasən, komanda müharibədən zərər çəkmiş bölgədəki humanitar vəziyyəti qiymətləndirməyə gedib və geri qayıdarkən silahlı şəxslərin hücumuna məruz qalıb.





