Son dəqiqə

Azərbaycan Azərbaycan Müdafiə Nazirliyi Zakir Həsənov Sudan Azərbaycan–Sudan münasibətləri Həsən Davud Kabron Kaya Sudan Müdafiə Nazirliyi

Azərbaycanla Sudan arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib

BAKI,TurkicWorld

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı Ekspo Mərkəzində "ADEX" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin bir sıra qabaqcıl müdafiə sənayesi şirkətləri ilə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilir.

Sentyabrın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Sudan Respublikasının müdafiə naziri general-leytenant Hassan Daoud Kabron Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın rolu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Mövzuya görə xəbərlər