Son dəqiqə

Sudan Sudanın siyasi vəziyyəti Sudan RSF hücumu Sudan vətəndaş müharibəsi Sudanda humanitar böhran Sudanda müharibə genişlənir: RSF strateji şəhəri ələ keçirdi

Mavi Nil regionunda ümumi səfərbərlik – Ordu Kərməyə doğru irəliləyir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Sudanın Mavi Nil regionunda hərbi əməliyyatların coğrafiyasının genişlənməsi ağır humanitar böhrana səbəb olub.

TurkicWorld xəbər verir ki, strateji əhəmiyyətli Kərmək şəhərinin "Çevik Dəstək Qüvvələri" (RSF) və onlara dəstək verən "Xalq Azadlıq Hərəkatı-Şimal" tərəfindən ələ keçirilməsindən sonra minlərlə insan Dəmazin şəhərinə sığınıb.

Məlumata görə, qaçqınlar arasında çox sayda uşaq, yaşlı və hamilə qadınlar var ki, onlar qida və su çatışmazlığı səbəbindən kəskin çətinliklərlə üzləşirlər. Regional hakimiyyət orqanları vəziyyəti "insani fəlakət" kimi qiymətləndirirlər.

Mavi Nil regionunun qubernatoru Əhməd əl-Ümda Badi bölgəyə ordu qüvvələrinin əlavə qüvvələrinin yeridildiyini və Efiopiya ilə sərhəddə yerləşən Kərmək şəhərini geri almaq üçün genişmiqyaslı əməliyyata hazırlaşdıqlarını elan edib. Regionda ümumi səfərbərlik elan olunub. Xatırladaq ki, 2023-cü ilin aprelindən bəri Sudanda davam edən vətəndaş müharibəsi nəticəsində 13 milyondan çox insan didərgin düşüb, on minlərlə insan həlak olub.

Mövzuya görə xəbərlər