Son dəqiqə

Sudan

Sudanda bazara top mərmisinin düşməsi nəticəsində 30-dan çox insan ölüb

Bakı. TurkicWorld:

Sudanda bazara top mərmisinin düşməsi nəticəsində 34 nəfər ölüb.

TurkicWorld-un məlumatına görə, iki hərbi qüvvə arasında baş verən qarşıdurma zamanı paytaxt Xartumun qərbindəki Omdurmanın Kerari rayonunda bazara artrelliya zərbəsi endirilib.

Hadisə zamanı çoxlu sayda insan yaralanıb.

Qeyd edək ki, dünən paytaxt Xartumda evlərə artilleriya mərmilərinin düşməsi nəticəsində 15 nəfər həyatını itirib.

Xatırladaq ki, 2023-cü il 15 aprel tarixində günorta saatlarından etibarən əsasən ölkə paytaxtı Xartum şəhərində Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında hərbi toqquşmalar baş verib.

Döyüşlər hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) əsas hökumət obyektlərinə hücumları ilə başlayıb.

BMT-nin məlumatına görə, bölgədəki münaqişələr səbəbindən 6 milyona yaxın insan öz evlərini tərk edib.

Münaqişələrdə 10 mindən çox dinc sakin həyatını itirib, 25 milyon sudanlı humanitar yardıma ehtiyac duyur.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər