Son dəqiqə

İran

İran prezidentini aparan helikopter məcburi eniş edib

Bakı. TurkicWorld:

İran prezidenti İbrahim Rəisini “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışından sonra Xudafərindən Təbrizə aparan helikopter çətin eniş etməyə məcbur olub.

TurkicWorld-un məlumatına görə, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.

Onun sözlərinə görə, hazırda xilasedicilər hadisə yerinə getməyə çalışırlar. Hava şəraitinə görə, bu istiqamətdə çətinlik yaşanır.

İranlı nazir bildirib ki, İran prezidentini aparan helikopterlə əlaqə saxlanılıb. Lakin daha dəqiq məlumat əldə etmək üçün xilasedicilərin hadisə yerinə çatması gözlənilir.

Mövzuya görə xəbərlər