Son dəqiqə

Ermənistan İran ABŞ Mehdi Sübhani

ABŞ İran-Ermənistan münasibətlərinə qarışmamalıdır - Səfir

Bakı, TurkicWorld

ABŞ İran-Ermənistan münasibətlərinə müdaxilə etməməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə İranın Ermənistrandakı səfiri Mehdi Sübhani İranın "SNN" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, regiondakı məsələlər region daxilində həll olunmalıdır, çünki onların nəticələri ABŞ kimi xarici ölkələrə deyil, region ölkələrinə yönəlib.

"Ermənistanın öz xarici əlaqələrini inkişaf etdirmək qərarına hörmət edirik. Lakin bəzilərinin demokratiya və islahatlar bəhanəsi ilə Ermənistan və İran arasındakı münasibətlərə qarışmasına, onları pozmasına və ictimai fikrə təsir etməsinə qarşıyıq", - deyə səfir əlavə edib.

Mövzuya görə xəbərlər