Son dəqiqə

ABŞ Co Bayden

Baydenin oğlu Hunter Bayden vergidən yayınmada ittiham olunub

Bakı, TurkicWorld

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden vergidən yayınmada ittiham olunub.

TurkicWorld xəbər verir ki, Hunter ona qarşı irəli sürülən 9 ittihamı qəbul etməyə hazır olduğunu deyib.

Prosesə sədrlik edən hakim Mark Skarsi Hunterə ittihamları qəbul edəcəyi təqdirdə 15 ilə qədər həbs cəzası ala biləcəyini bildirib.

Həmçinin onu da deyib ki, 500 min dollardan 1 milyon dollara qədər cərimə oluna bilər.

Hunterin vəkili Abbe Lowellin verdiyi məlumata görə müvəkkili münsiflər heyəti seçilmədən məhkəməni dayandırmağı tələb edib. Həmçinin o bildirib ki, narkotik asılılığı dövründə etdiyi vergidən yayınma barədə danışmaq istəyib. Ancaq ailəsi və dostları ona mane olub.

Hunter ittiham aktına etiraz etmədikdən sonra hakim hökmü müəyyən etmək üçün dekabrın 16-na iclas təyin edib.

Siyasi analitiklər qeyd edirlər ki, Hunterin ittihamları qəbul etməsi noyabrda keçiriləcək prezident seçkilərində demokratlara mənfi təsir göstərə bilər.

Qeyd edək ki, Hunter prokuror David Weiss tərəfindən 1,4 milyon dollar vergidən yayınmaqda ittiham olunur.

Üçü ağır olmaqla 9 vergi ittihamı ilə üzləşən Hunterin 2017 və 2018-ci illərdə 1,4 milyon dollar federal vergi ödəmədiyi və saxta vergi bəyannamələri təqdim edərək vergidən yayındığı bildirilib.

Hunter vergiləri vaxtında ödəmək əvəzinə, pullarını dəbdəbəli avtomobillərə, narkotiklərə, bahalı otellərə xərcləməkdə ittiham olunub.

ABŞ Konqresindəki Respublikaçılar Hunter qazanc əldə etmək üçün atasının siyasi mövqeyindən istifadə etməkdə ittiham ediblər.
Hunter isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Xatırladaq ki, o, qeyri-qanuni silah əldə etmə ilə bağlı 11 iyunda Delaver əyalətində aparılan muhakimədə günahkar bilinmişdi.

Qeyd edək ki, ABŞ tarixində ilk dəfə olaraq vəzifədə olan prezidentin oğlu hakim qarşısına çıxıb və ona qarşı irəli sürülən ittihamlarla təqsirli bilinib.

Mövzuya görə xəbərlər