Son dəqiqə

ABŞ PUA

ABŞ yeni səs ilə idarə olunan PUA-nı təqdim edib

Bakı,TurkicWorld

ABŞ-ın avtonom sistemlər və müdafiə texnologiyaları şirkəti Anduril yeni səslə idarə olunan PUA-nı təqdim edib.

TurkicWorld xəbər verir ki, Anduril, müasir müharibə sahəsindəki innovativ həllərinə bir yenisini əlavə etdiyini və Barracuda adlı yeni PUA ailəsini təqdim etdiyini açıqlayıb.

Ölçüsü və daşıma qabiliyyəti artan Barracuda-100, Barracuda-250 və Barracuda-500 adlı PUA-ları təqdim edilib.

Rəsmi məlumatlara görə, ən böyük konfiqurasiya olan Barracuda-500, təxminən 1000 kilometr uçuş məsafəsinə və 45 kiloqram faydalı yük daşıma qabiliyyətinə malikdir.

Digər iki konfiqurasiya isə daha qısa məsafələrə və təxminən 15 kiloqram faydalı yükləmə qabiliyyətinə malikdir.

Anduril həmçinin səs ilə idarə olunan PUA-nı sınaqdan keçirib.

Sınaqda havaya qalxan PUA-lar hədəfə alınan təyyarəyə qarşı hərəkətə keçərək düşmən hədəfini məhv etmək üçün icazə istəyib. Pilotsuz uçan aparatdan istifadə edən operator “Mustang-11 gir” əmrini verib və daha sonra PUA hədəfi olan təyyarəni məhv edib.

Mövzuya görə xəbərlər