Bakı, TurkicWorld
ABŞ-nin Arizona ştatında kiçik ölçülü reaktiv təyyarənin avtomobilə çırpılması nəticəsində azı 5 nəfər həlak olub.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ABŞ-nin Arizona ştatında Foeniks şəhəri yaxınlığındakı Falcon Field hava limanında təyyarə havaya qalxarkən uçuş-enmə zolağının yanındakı yolda avtomobilə çırpılıb. Hadisə yerində böyük yanğın baş verib.
Qeyd edilib ki, "Honda HA-420" markalı yüngül təyyarənin göyərtəsində 5 nəfər olub. Qəzada pilot, köməkçi pilot, 2 sərnişin və nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib, 1 nəfər yaralanıb.