Bakı, TurkicWorld
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Prezident İlham Əliyevə başsağlığı verib.
TurkicWorld xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini təəssüf hissi ilə öyrəndim.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşərək, qardaş Azərbaycan xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, sağ qalan insanlara görə Uca Allaha şükür edir, yaralıların tezliklə sağalmalarını diləyirəm.
Allah Sizi və xalqınızı qorusun".