Bakı, TurkicWorld
ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın Milli Təhlükəsizlik Müşaviri vəzifəsinə namizəd göstərdiyi Mayk Vals, ABŞ əsgərlərinin Suriyada mövcudluğunu düzgün hesab etmədiyini bəyan edib.
TurkicWorld xəbər verir ki, Vals verdiyi müsahibədə Suriyadakı son vəziyyət, Qəzzadakı ABŞ vətəndaşı İsrailli məhbuslar və İranla bağlı aktual məsələlərə toxunub.
Suriyadakı vəziyyətlə bağlı fikirlərini bildirən Vals, ABŞ-ın bu bölgədə diqqət yetirdiyi əsas məsələlərin DEAŞ terrorçuları və İsrailin sərhəd təhlükəsizliyi olduğunu vurğulayıb.
Trampın Yaxın Şərq siyasətini müdafiə edən Vals, “Prezident Tramp tamamilə haqlıdır. Onun məqsədi bizi Yaxın Şərq müharibələrinə sürükləmək deyildi. Bizə orada Amerika əsgərlərinin sərgərdan hərəkət etməsi lazım deyil,” deyə bildirib.