Bakı, TurkicWorld
Həm mülki təyyarələr, həm də ABŞ Dəniz Piyadaları Korpusunun istifadə etdiyi İvakuni hava limanı üzərində naməlum pilotsuz uçuş aparatı müşahidə olunub.
TurkicWorld Kyodo agentliyinə istinadla xəbər verir ki, insident dekabrın 22-də, Yaponiya İctimai Torpaqlar, İnfrastruktur və Nəqliyyat Nazirliyinin yerli idarəsinə naməlum PUA-nın uçuşu barədə məlumat daxil olduğu zaman baş verib.
Bu hadisə hava limanında kommersiya reyslərinin gecikməsinə səbəb olub. Xüsusilə Tokio-İvakuni reysi yaxınlıqdakı Xirosima hava limanına yönləndirilib və daha sonra İvakuniyə qayıdaraq üç saatlıq gecikmə ilə yerinə yetirilib.
İnsidentlə bağlı araşdırmaların davam etdiyi bildirilir.