Son dəqiqə

ABŞ Dövlət Departamenti Misir

ABŞ-la Misir arasında 5 milyar dollarlıq müqavilə imzalanıb

Bakı,TurkicWorld

ABŞ-la Misir arasında dəyəri 5 milyard dollardan çox olan hərbi texnikanın satışı barədə müqavilə imzalanıb.

TurkicWorld xəbər verir ki, ABŞ Dövlət Departamenti bu satışların Misirin müdafiə qabiliyyətini artırmaq və ABŞ-ın xarici siyasət hədəflərini dəstəkləmək məqsədi daşıdığını açıqlayıb.

Razılaşma çərçivəsində ABŞ Dövlət Departamenti Konqresə Misirin istifadə etdiyi ABŞ istehsalı olan 555 M1A1 Abrams tankı üçün 4,69 milyard dollar, 2183 Hellfire hava-yer raketi üçün 630 milyon dollar və 30 milyon dollar dəyərində avadanlığın satışının təsdiqlənməsi barədə Konqresə məlumat verib.

Nazirlik açıqlamasında bildirib ki, bu satış ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcək və NATO-dan kənar əsas müttəfiqi olan Misirin təhlükəsizliyini artırmağa kömək edəcək.

Bu razılaşmalar Misirin regional təhlükələrə qarşı müdafiəsini gücləndirəcək.

Mövzuya görə xəbərlər