Son dəqiqə

ABŞ Süni intellekt

ABŞ-da insanlar süni intellektin etibarlı məlumat vermədiyinə inanır

Bakı,TurkicWorld

Amerika Birləşmiş Ştatlarında (ABŞ) böyüklərin təxminən üçdə ikisi süni intellektlə işləyən alətlərin noyabrın beşində keçiriləcək prezident seçkiləri haqqında etibarlı məlumat vermədiyinə inanır.

TurkicWorld xəbər verir ki, ABŞ-da iyulun 29-dan avqustun 8-dək aparılan sorğuda 1019 böyükdən süni intellektlə dəstəklənən robotlara etibar edib-etmədikləri soruşulub.

İştirakçıların əksəriyyəti iş və şəxsi həyatlarında süni intellekt dəstəkli chatbotlar və axtarış sistemlərindən istifadə etsələr də, süni intellektdən istifadə ilə bağlı şübhələrin davam etdiyi müşahidə edilib.

İştirakçıların yalnız 16 faizi süni intellektin seçkilərlə bağlı dəqiq məlumat əldə etməyi asanlaşdıracağı, 8 faizi isə ChatGPT kimi süni intellekt chatbotlarının yaratdığı seçki nəticələrinin real məlumatlara əsaslandığı fikrini bölüşüb.

Mövzuya görə xəbərlər