Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev: Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik

Bakı, TurkicWorld

Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik.

TurkicWorld xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dekabrın 27-də artıq bu tələblərin rəsmi qaydada onlara çatdırıldığını söyləyən dövlətimizin başçısı onlara aydınlıq gətirərək bildirib: "Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır".

Mövzuya görə xəbərlər