Bakı,TurkicWorld
Dekabr ayına olan statistikaya görə Fransa həbsxanalarında 80 792 nəfər saxlanılır.
TurkicWorld-in məlumatına görə, Ədliyyə Nazirliyinin hesabatında ölkənin penitensiar müəssisələrinin 62 400 dustaq üçün nəzərdə tutulduğu bildirilir. Ölkə üzrə həbsxanaların ümumi doluluq göstəricisi 129,5 faizdir. 15 cəzaçəkmə müəssisəsində isə doluluq həddi 200 faizi ötüb.
İstintaq təcridxanalarında doluluq səviyyəsi 157 faizə yaxındır. Bu müəssisələrdə istintaq altında olan şəxslər və qısa müddətə həbs edilənlər saxlanılır.