Son dəqiqə

Fransa

Fransa hərbi kontingenti Kot-d'İvuardan çıxarılacaq

Bakı,TurkicWorld

Kot-d'İvuar prezidenti Alassan Uattara bildirib ki, Fransa kontingenti ölkədən çıxarılacaq.

TurkicWorld -in məlumatına görə. bu barədə ölkə prezidenti xalqa müraciətində bildirib.

A.Uattara bildirib ki, Kot-d'İvuar sakinləri öz silahlı qüvvələrinin modernləşdirilmiş vəziyyəti ilə fəxr etməlidirlər:

"Bu kontekstdə biz Fransa qoşunlarının koordinasiyalı və mütəşəkkil şəkildə çıxarılması barədə qərar qəbul etdik", - deyə o qeyd edib.

Mövzuya görə xəbərlər