Son dəqiqə

ABŞ Donald Tramp F-35 qırıcısı

F-35 təyyarələrinin tam istehsalı ABŞ-da olmalıdır - Tramp

Bakı, TurkicWorld

Keçmiş ABŞ prezidenti Donald Tramp, çoxmillətli F-35 qırıcı təyyarəsi proqramının bütün hissələrinin ABŞ-da istehsal edilməsinə dair çağırış edib.

TurkicWorld xəbər verir ki, o bu barədə NYu-Yorkda tədbirdə çıxışı zamanı bildirib.

Tramp Milli təhlükəsizlik üçün lazım olan bütün materialların ABŞ-da istehsal edilməsinin milyonlarla yeni iş yeri yaradacağını da xüsusilə vurğulayıb.

O, F-35 proqramını nümunə gətirərək, təyyarənin müxtəlif hissələrinin müxtəlif ölkələrdə istehsal edildiyini qeyd edib. Müharibə şəraitində bu ölkələrin ABŞ-a qarşı olacağı halda, təchizat zəncirinin kəsilə biləcəyini bildirərək, bu cür asılılıqları aradan qaldırmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, F-35 proqramı ABŞ-ın liderliyi ilə Böyük Britaniya, Kanada, Avstraliya, İtaliya, Hollandiya, Danimarka və Norveç kimi ölkələrlə çoxmillətli əməkdaşlıq layihəsidir. Trampın təklif etdiyi bu dəyişiklik isə ABŞ-ın müdafiə sənayesini daha çox yerli istehsala yönəltməyi hədəfləyir.

Tramp həmçinin seçkilərdə qalib gəldiyi təqdirdə, İlon Maskın sədrliyi ilə federal hökumətin səmərəliliyi komissiyası yaradacağını da bildirib. İlon Mask isə öz növbəsində bu təklifə dəstək verdiyini və Amerikaya xidmət etmək üçün səbirsizliklə gözlədiyini qeyd edib.

Mövzuya görə xəbərlər