Son dəqiqə

İran

İran Fars körfəzində neft tankeri ələ keçirib

Bakı, TurkicWorld

İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzində yanacaq qaçaqmalçılığı səbəbi ilə Toqo bayrağı altında üzən neft tankerini ələ keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələrinin İkinci Regional Komandanlığının açıqlama verilib.

Buşehr sahillərində 1,5 milyon litrdən çox qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı aşkarlanan Toqo bayraqlı neft tankeri ələ keçirilib.

Məhkəmə qərarı ilə tanker Hindistan və Şri-Lanka vətəndaşları olan 12 ekipaj üzvü ilə birlikdə Buşehr sahillərinə aparılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər