Son dəqiqə

İran

İranın vitse-prezidenti helikopterlə əlaqədar Təbrizə gedib

Bakı. TurkicWorld:

İranın vitse-prezidenti Möhsün Mənsuri İran prezidentini aparan helikopterin sərt eniş etməsi ilə əlaqədar hadisəni yaxından izləmək üçün bir qrup hökumət rəsmisi ilə Təbrizə səfər edib.

TurkicWorld xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Bəhadori Cəhromi özünün “X” şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin bugünkü iclası təşkil olundu. Bəzi məsələlər haqda qərar verildi. Eyni zamanda hadisə haqda məlumatlar verildi.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə çata bilməyiblər.

Mövzuya görə xəbərlər