Bakı. TurkicWorld:
Türkiyədə sürətli qatarla səyahət edən sərnişinlərin sayı 86 milyonu keçib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
“Qatarlar ümumilikdə 80 milyon 291 min kilometrdən çox yol qət edib. Bu rəqəm həm də dünyanı təxminən 2003 dəfə dövrə vurmaq məsafəsinə bərabərdir” – deyə o qeyd edib.
Dəmiryollarına investisiyaların əhəmiyyətli olduğuna diqqət çəkən Uraloğlu, sürətli qatarlara olan marağın bu investisiyaların nə qədər dəyərli olduğunu ortaya qoyduğunu ifadə edib.
“Qatar xəttlərimizin uzunluğunu 28 min kilometrə çatdırmağı hədəfləyirik. Qatarlarımız həftədə 124 dəfə işləyir. Gündə təxminən 34 min sərnişin daşıyır. Bəzi günlərdə bu rəqəmlərin 40 minə çatdığını görə bilərik" – deyə nazir bildirib.
Uraloğlu, İnkişaf Yolu, Zəngəzur Dəhlizi, Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti və Marmaray Boğaziçi Boru Keçidi, Super Sürətli Qatar Layihəsi və Yavuz Sultan Səlim Körpüsü üzərində tikiləcək dəmir yolu keçidi kimi layihələrin həyata keçirildiyini bildirib.
Hafiz Rufizoğlu