Son dəqiqə

Türkiyə Suriya Sednaya həbsxanası

TBMM nümayəndə heyəti Sednaya həbsxanasını ziyarət edəcək

Bakı,TurkicWorld

Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Haqları Təhqiqat Komissiyasının üzvləri və deputatlardan ibarət nümayəndə heyəti dekabrın 30-da Suriyadakı Sednaya həbsxanasını ziyarət edəcək.

TurkicWorld xəbər verir ki,TBMM İnsan Haqları Təhqiqat Komissiyasının üzvü və AK Partiya Adıyaman millət vəkili Mustafa Alkayış, Sednaya həbsxanasından əks olunan görüntülərə diqqət çəkərək, bu ziyarətin insan hüquqları pozuntularını yerində araşdırmaq məqsədini güddüyünü bildirib.

O, həmçinin bu tədbirin TBMM Başçılığı tərəfindən təşkil edildiyini və Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının da planlaşdırma prosesində iştirak etdiyini vurğulayıb.

Sednaya həbsxanasının Baas rejiminin müdafiə nazirliyinə bağlı olduğunu və burada insanları məhv etmək və qorxutmaq məqsədilə istifadə edildiyini qeyd edən Alkayış, "Bu dəlilləri görməliyik, çeşidləməliyik və arxivləşdirməliyik ki, bu haqqı və qanunu qoruyaq", – deyə bildirib.

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin ziyarətində bütün siyasi partiyaların nümayəndələrinin iştirak edəcəyini gözləyən Alkayış, təxminən 20 deputatın bu səfərdə yer alacağını ifadə edib. O, nümayəndə heyətinin Suriyadakı vəziyyətin dünya ictimaiyyətinə açıqlanmasında mühüm rol oynayacağına inandığını bildirib.

Mövzuya görə xəbərlər